Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 277 min manat güzəştli kredit verilib

Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 277 min manat güzəştli kredit verilib Bu vəsait hesabına 401 investisiya layihəsi maliyyələşdiriləcək
Biznes
21 Sentyabr , 2017 15:14
Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 277 min manat güzəştli kredit verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Şamaxı rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq, taxılçılıq (qarğıdalı), cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Qurumun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O bildirib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1 900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 mln. manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Verilən kreditlər, əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib.

Ümumilikdə SKMF-in xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 mln. manat güzəştli kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə isə 23 700-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 628 mln. manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-si istifadəyə verilib, dördündə isə tikinti-quraşdırma işləri aparılır.

Son xəbərlər

Orphus sistemi