Şahin Mustafayev: “Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək”

Şahin Mustafayev: “Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək” “Gələn həftədən “Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.
Biznes
29 Mart , 2019 12:34
Şahin Mustafayev: “Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək”
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

“Gələn həftədən “Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, -  nazir qeyd edib.

O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.

Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər. 

Son xəbərlər

Orphus sistemi