Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərindən Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək
Biznes
17 noyabr 2023 10:17
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək
Şahin Bağırov

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərindən Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu noyabrın 22-də saat 10:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1 B) baş tutacaq.

Qəbul zamanı Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi