Sahibkarlığın İnkişafı Fondu bu il 9 mln manata yaxın güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu bu il 9 mln manata yaxın güzəştli kredit verib Bu ilin əvvəlindən martın 10-na qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit verib.
Biznes
216
16 Mart , 2022 12:35
Sahibkarlığın İnkişafı Fondu bu il 9 mln manata yaxın güzəştli kredit verib

Bu ilin əvvəlindən martın 10-na qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit verib.

“Report” xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə bildirib.

Onun sözlərinə görə, verilmiş kreditlər 215 yeni iş yerinin açılmasına imkan verəcək.

"Kreditlərin layihə sayı üzrə 93 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 6 %-i sənaye məhsullarının istehsalı, 1 %-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Kreditin məbləği üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 36 %, sənaye məhsullarının istehsalı 15 %, xidmət sahələrinin inkişafı 49 % təşkil edib", - deyə O.Xaliyev qeyd edib.

Bundan başqa, sədr əvəzinin sözlərinə görə, hesabat dövründə Fond ümumi dəyəri 156 min manat 1 investisiya layihəsinə 125 avadanlıq krediti verib.

Son xəbərlər

Orphus sistemi