Saatlı sahibkarlarının layihələri maliyyələşdiriləcək

Saatlı sahibkarlarının layihələri maliyyələşdiriləcək Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda işgüzar forum keçirib
Biznes
9 İyun , 2016 20:57
Saatlı sahibkarlarının layihələri maliyyələşdiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda işgüzar forum keçirib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Forum zamanı sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Layihələrin qəbul edilməsi qərara alınan sahələr sırasında iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması və ixtisaslaşdırılmış “yaşıl market”in, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması sahələri dayanır.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi