​Sahibkarların hüquqlarının müdafiəsi üçün qaynar xətlər yaradılacaq

​Sahibkarların hüquqlarının müdafiəsi üçün qaynar xətlər yaradılacaq Ombudsman Aparatında sahibkarların maraqlarına həsr olunmuş tədbir keçirilib
Biznes
4 Dekabr , 2015 18:50
​Sahibkarların hüquqlarının müdafiəsi üçün qaynar xətlər yaradılacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun toplantısı keçirilib.

Bu barədə "Report"a Ombudsman aparatından məlumat verilib.

Tədbirdə sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi, sahibkarlığın informasiya təminatının gücləndirilməsi, onların təşəbbüskarlıq və hüquqi biliklərinin artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Toplantıda beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə qaynar xətlərin yaradılmasının, sahibkarların bilavasitə özlərinin iştirakı ilə maarifləndirə tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi