Sahibkarlar ixtisaslaşmış sərgilərə qatılacaq

Sahibkarlar ixtisaslaşmış sərgilərə qatılacaq Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaq.
Biznes
8 İyun , 2021 19:58
Sahibkarlar ixtisaslaşmış sərgilərə qatılacaq

Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaq.

“Report”un İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 10-12-də Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

KOBİA-nın dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə Bakı və Gəncə şəhərlərindən, Abşeron, Qəbələ və Zaqatala rayonlarından olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi