İş adamı Telman İsmayılov müflis elan olunub

İş adamı Telman İsmayılov müflis elan olunub Onun varidatı 600 milyon dollar dəyərində qiymətləndirilirdi
Biznes
22 Dekabr , 2015 02:15
İş adamı Telman İsmayılov müflis elan olunub

Bakı. 22 dekabr. REPORT.AZ/ Moskva vilayətinin Arbitraj məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu müflis elan edib və ona qarşı müsabiqə icraatına başlayıb.

"Report" xəbər verir ki, bu barədə məhkəmə materiallarında bildirilir.

Qeyd edək ki, müsabiqə icraatı dedikdə müflisləşmiş müəssisənin könüllü və ya məcburi şəkildə ləğv edilməsi proseduru başa düşülür. Bunun nəticəsində müsabiqə kütləsi, yəni borclunun əmlakı müəyyən edilərək kreditorlar arasında bölüşdürülür. Kreditorların tələbləri ödənildikdən sonra borclu müəssisə borclardan azad elan edilir.

Telman İsmayılov AST holdinqinin təsisçisidir. Müxtəlif illərdə Moskvanın keçmiş Çerkizov bazarı, məşhur Arbat küçəsindəki "Praqa" restoranı, Vozdvijenke küçəsindəki "Voentorq" biznes mərkəzi, Türkiyənin Antalya şəhərində yerləşən "Mardan Palace" mehmanxanası və s. mülklər bu holdinqə daxil olub.

O 2007-ci ildə mətbuata açıqlamasında AST-nin dəyərini 3 milyard ABŞ dolları məbləğində qiymətləndirib. İş adamı 2015-ci ildə "Forbes" jurnalının tərtib etdiyi Rusiyanın ən varlı iş adamları siyahısında 144-cü yeri (600 mln. dollar) tutub. 

Son xəbərlər

Orphus sistemi