İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Naftalan şəhərində keçirilən qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və digər məsələlərlə bağlı olub.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.