Şahdağ Turizm Mərkəzi təkər almaq istəyir

Şahdağ Turizm Mərkəzi təkər almaq istəyir Şirkət bu məqsədlə kotirovka sorğusu elan edib
Biznes
11 Avqust , 2017 15:00
Şahdağ Turizm Mərkəzi təkər almaq istəyir

Bakı. 11 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC nəqliyyat vasitələri üçün təkərlərin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər kotirovka təkliflərini avqustun 16-na qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanında ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır (tel: (012) 465 09 45).

Təkliflərə avqustun 17-də qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi