Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır

Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-26-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Forum keçiriləcək.
Biznes
24 Oktyabr , 2018 12:35
Sabah Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayır
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-26-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Forum keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təqdimatlar keçiriləcək, təşkil olunacaq 5 sessiyada davamlı, inkluziv və dayanıqlı iqtisadi artıma, səmərəli məşğulluğa və layiqli əmək şəraitinə, DİM-in həyata keçirilməsində maraqlı tərəflərin roluna, 2030-cu ilədək DİM-in icrasına, bu sahədə BMT-nin missiyasına və əməkdaşlığın gücləndirilməsinə, 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda müzakirə ediləcək məsələlərə dair müzakirələr aparılacaqdır.

Son xəbərlər

Orphus sistemi