"S&P": "Azərbaycanın dövlət idarəçiliyi sektorunun profisiti ortamüddətli perspektivdə davam edəcək"

"S&P": "Azərbaycanın dövlət idarəçiliyi sektorunun profisiti ortamüddətli perspektivdə davam edəcək" “SP Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, Azərbaycanın dövlət idarəetmə sektorunun profisiti 2022-ci ildəki ÜDM-in 6,1 %-i səviyyəsindən 2023-cü ildə ÜDM-in 3,9 %-i səviyyəsinə enəcək.
Biznes
10 İyun , 2023 15:00
S&P: Azərbaycanın dövlət idarəçiliyi sektorunun profisiti ortamüddətli perspektivdə davam edəcək

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, Azərbaycanın dövlət idarəetmə sektorunun profisiti 2022-ci ildəki ÜDM-in 6,1 %-i səviyyəsindən 2023-cü ildə ÜDM-in 3,9 %-i səviyyəsinə enəcək.

“Report” xəbər verir ki, bu barədə "S&P"nin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında deyilir.

Sənədə əsasən, 2024-cü ildə profisit 2,6 %, 2025-ci ildə isə 1,4 % səviyyəsində proqnozlaşdırılır.

“Profisitin ortamüddətli perspektivdə davam edəcəyini, xərclər artdıqca 2026-cı ilə qədər tədricən azalacağını, eyni zamanda neft hasilatının davamlı olaraq azalmasının dövlət gəlirlərinə təsir göstərəcəyini proqnozlaşdırırıq. Son illərdə təbii qaz hasilatının sürətli artımına baxmayaraq, bu mənbədən daxil olan gəlirlərin neftlə müqayisədə çox az olacağını düşünürük. Məsələn, hətta keçən il qaz bazarında qiymətlərin xeyli yüksək olmasına baxmayaraq, qaz gəlirləri təxminən 1 milyard ABŞ dolları (ÜDM-in 1,3 %-i) təşkil edib. Halbuki “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neftin satışından 10 milyard ABŞ dolları (ÜDM-in 13 %-i) gəlir əldə edilib”, - S&P hesab edir.

Agentliyin analitikləri hesab edirlər ki, Azərbaycanın xalis büdcə aktivlərinin mövqeyi güclü olaraq qalır, onun xarici mövqeyini əks etdirir və suveren reytinqləri dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi