Rusiyanın “Skolkovo” texnoparkının baş direktoru Bakı Şopinq Festivalına baş çəkmək istəyir

Rusiyanın “Skolkovo” texnoparkının baş direktoru Bakı Şopinq Festivalına baş çəkmək istəyir Renat Batırov: “Xərclədiyiniz hər bir dollar sonradan yüz dəfələrlə artıqlaması ilə ölkənizə qayıdacaq”
Biznes
18 Aprel , 2017 14:01
Rusiyanın “Skolkovo” texnoparkının baş direktoru Bakı Şopinq Festivalına baş çəkmək istəyir

Bakı. 18 aprel. REPORT.AZ/ Bu günlərdə Bakıda olan Rusiyanın “Skolkovo” texnoparkının baş direktoru Renat Batırov paytaxtımızda təşkil olunmuş şopinq festivalına da qatılmaq fikrindədir.

“Report”un xəbərinə görə, o, festivalın rəsmi bakushopfest.com saytına müsahibəsində bildirib ki, bu cür festivalın keçirilməsi onun sevimli şəhəri olan Bakı üçün çox doğru ideyadır.

Şopinq festivallarının turist axınına təkan verdiyini deyən R.Batırov Dubayda və Andorrada keçirilən festivalları nümunə göstərərək deyib: “Bir daha əmin ola bilərsiniz ki, belə reklama xərclənən hər bir dollar, ƏDV olaraq, alıcılara qaytarılan hər bir vəsait sonra 100 dəfələrlə artıqlaması ilə ölkəyə qayıdır. Bu festivalın əsas vacib cəhəti odur ki, ölkə iqtisadiyyatında turizm gəlirlərinin həcmini kəskin şəkildə artırır. Çünki bütün xidmət sektoru inkişaf edir – hotellər, restoranlar və aviaşirkətlərin də gəlirləri artır”.

Qeyd edək ki, Renat Batırov Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın “Skolkovo” Fondunun təşkilatçılığı ilə keçirilən “Açıq İnnovasiyalar üzrə Startap Turu” (Open Innovations Startup Tour) konfransında iştirak edir.

Son xəbərlər

Orphus sistemi