Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiyanın Saratov vilayəti 2017-ci ildə Azərbaycan, İran və Koreyaya taxıl ixracını ötən illə müqayisədə 2,1 dəfə artırıb.
"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə vilayət üzrə investisiya siyasəti və əmlak əlaqələri naziri Oleq Qalkin deyib.
"İlkin məlumatlara görə, 2017-ci ilin 11 ayı ərzində taxıl ixracı 2016-cı il ilə müqayisədə əhəmiyyətli dərəcədə - 2,1 dəfə artıb. O, 867,5 min ton taxıl təşkil edib. Rekord məhsulun əsas ixrac bitkisi buğda olub, göndərilən həcmlərin 79 faizi onun payına düşüb. Saratov taxılını Azərbaycan, İran və Koreya alır", - deyə həmsöhbət bildirib.