Bakı. 29 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyanın Penza vilayətindən Azərbaycana 825 ton şokolad və tərkibində kakao olan qida məhsulları ixrac edilib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, eyni adlı məhsulların ümumi ixracının 7,5%-ni təşkil edir.
Məlumata görə, 11 ay ərzində Penza vilayətindən ümumi şəkisi 11 min təşkil edən şokolad və tərkibində kakao olan qida məhsulları ixrac edilib. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.
Dəyər ifadəsində isə şokolad və tərkibində kakao olan qida məhsullarının ixracının ümumi məbləği 17,6 mln. ABŞ dolları təşkil edib ki, bu da analoji dövr ilə müqayisədə 46% çoxdur.
Penza vilayətinin əsas ixracı Qazaxıstana həyata keçirilib ki, bu da 2018-ci ilin 11 ayında eyni adlı məhsulların ümumi ixracının 37,8%-ni təşkil edib. İkinci yerdə Belarus (14,2%), sonrakı yerləri Ukrayna (10,4%), Çin (8,7%), Monolustan (4,4%), Qırğızıstan (4,3%), Tacikistana (2,6%), Ermənistan (2,4%), Özbəkistana 1,6% və Türkmənistan (1,4%) tutublar.