Rusiyadakı səfərbərlik Azərbaycana özəl biznes jetləri ilə uçuşları bahalaşdırıb

Rusiyadakı səfərbərlik Azərbaycana özəl biznes jetləri ilə uçuşları bahalaşdırıb Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra bu ölkənin vətəndaşları digər ölkələrə axın etmək üçün özəl biznes jetlərinə də tələbatı artıb ki, bu da onlarla uçuşların bahalaşması ilə nəticələnib.
Biznes
27 Sentyabr , 2022 12:30
Rusiyadakı səfərbərlik Azərbaycana özəl biznes jetləri ilə uçuşları bahalaşdırıb

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra bu ölkənin vətəndaşlarının digər ölkələrə axın etmək üçün özəl biznes jetlərinə də tələbatı artıb ki, bu da onlarla uçuşların bahalaşması ilə nəticələnib.

"Report" bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, hazırda rusiyalılar əsasən Azərbaycan, Türkiyə və Ermənistana üz tutur və şəxsi təyyarələrdəki hər oturacağa görə 22-27 min avro ödəyir. 8 nəfərlik biznes təyyarələrinin icarə qiymətləri isə 89-156 min avro arasında dəyişir ki, bu da adi hallardakı qiymətlərdən dəfələrlə yüksəkdir.

“Əvvəllər gündə 50 sifariş alırdıqsa, indi bu rəqəm 5 000-ə yaxındır. Hamı üçün də yer tapa bilmirik", - deyə “Your Charter” broker şirkətinin direktoru Yevgeni Bikov qeyd edib.

Son xəbərlər

Orphus sistemi