Rusiyada yeni özəlləşdirmə planı təsdiqlənib

Rusiyada yeni özəlləşdirmə planı təsdiqlənib Hökumət ölkə iqtisadiyyatında dövlətin rolunu azaldır
Biznes
2 Fevral , 2017 17:57
Rusiyada yeni özəlləşdirmə planı təsdiqlənib

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitriy Medvedev 2017-2019-cu illəri əhatə edən özəlləşdirmə planını təsdiq edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, plan Rusiya iqtisadiyyatında dövlətin rolunun nəzərəçarpacaq dərəcədə azaldılmasını nəzərdə tutur.

Belə ki, özəlləşdirmə planına əsasən, yaxın 3 il ərzində ölkədə fəaliyyət göstərən 500-ə yaxın səhmdar cəmiyyət, 300-ə yaxın federal dövlət unitar müəssisəsi özəlləşdiriləcək. Bundan başqa, xeyli sayda MMC-nin "özəl əllər"ə ötürülməsi, həmçinin dövlət mülkiyyətində olan 1 000-dən artıq digər obyektin özəlləşdirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu, 3 illik özəlləşdirmə planı nəticəsində federal büdcəyə daxilolmaların təxminən 17 mlrd. rubl və yaxud 283 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi