Rusiyada sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər

Rusiyada sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər Bakı.19 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Dəmir yolu nəqliyyatının nizamnaməsinə edilmiş dəyişikliyi təsdiqləyib.
Biznes
19 Aprel , 2018 10:26
Rusiyada sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər

Bakı.19 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin "Dəmir yolu nəqliyyatının nizamnaməsi"nə edilmiş dəyişikliyi təsdiqləyib. 

"Report" xəbər verir ki, dəyişiklik dəmir yolu nəqliyyatında indiyə qədər qaytarılmayan biletlərin xüsusi tarif əsasında geri qaytarılmasını nəzərdə tutur. 

Belə ki, sərnişin qatara bədbəxt hadisə, özünün və yaxud ailə üzvünün səhhətində yaranmış problem, həmçinin ölüm halında gecikərsə bileti qaytara biləcək. Amma bütün üzrlü səbəblər sənədlərlə təsdiq olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi