Rusiyada miqrantlardan barmaq izlərini göstərən çipli kart almaq tələb olunacaq

Rusiyada miqrantlardan barmaq izlərini göstərən çipli kart almaq tələb olunacaq Lazımi texniki imkanlar olduğu təqdirdə əcnəbilərə elektron daşıyıcılı plastik kartlar təqdim ediləcək, əks halda isə sənəd onsuz rəsmiləşdiriləcək.
Biznes
342
4 Sentyabr , 2021 13:46
Rusiyada miqrantlardan barmaq izlərini göstərən çipli kart almaq tələb olunacaq

Bu il dekabrın 29-dan etibarən Rusiya DİN əmək miqrantlarına və Rusiya ərazisinə 90 gündən daha artıq müddətə gəlmiş şəxslərə plastik kartlar, o cümlədən üzərində məcburi daktiloskopiya və foto haqqında elektron informasiya daşıyıcısınən olduğu kartlar verməyə başlayacaq.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə DİN-in layihəsində deyilir.

Lazımi texniki imkanlar olduğu təqdirdə əcnəbilərə elektron daşıyıcılı plastik kartlar təqdim ediləcək, əks halda isə sənəd onsuz rəsmiləşdiriləcək.

Elektron daşıyıcılı plastik kartın üz tərəfində xarici ölkə vətəndaşının 30x40 mm ölçülü ağ-qara və rəngli fotosu əks olunacaq. Burada sənədin eyniləşdirmə nömrəsi, şəxsin adı, soyadı və atasının adı, doğum tarixi və cinsi qeyd olunacaq. Arxa tərəfdə isə əcnəbi şəxsin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar öz əksini tapacaq. Bundan başqa, kartın üzərində sənədin verildiyi şəxs haqqında məlumatların olduğu mikrosxem formalı çip yerləşdiriləcək.

Çipdə həmçinin əlin 2 barmağının papilyar naxışlarının elektron təsviri əks olunacaq.

Son xəbərlər

Orphus sistemi