Rusiyada Azərbaycan şirkəti üçün yeni gəmi tikilib

Rusiyada Azərbaycan şirkəti üçün yeni gəmi tikilib Gəminin aprel-may aylarında sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub
Biznes
17 Fevral , 2017 15:50
Rusiyada Azərbaycan şirkəti üçün yeni gəmi tikilib

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiyanın Nijeqorod vilayətinin "Krasnoye Sormovo" gəmiqayırma zavodu Azərbaycanın "Caspian Marine Services Ltd." (CMS) şirkətinə "RST27" layihəli tanker tikib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, tanker artıq suya buraxılıb.

Zavodun direktoru Nikolay Jarkov bildirib ki, gəminin CMS-yə aprel-may aylarında təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "RST27" tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan "çay-dəniz" sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140 metr, eni isə 16 metrdir. Dənizdə suya oturma 4,2 metr, dedveyti 6 980 tondur.

Son xəbərlər

Orphus sistemi