Rusiya vətəndaşları Azərbaycana qanunsuz taxta-şalban ixracında ittiham olunur

Rusiya vətəndaşları Azərbaycana qanunsuz taxta-şalban ixracında ittiham olunur Rusiyanın İrkutsk vilayətinin 38 və 58 yaşlı iki kişi sakini qaçaqmalçılıq və dələduzluq hallarına görə ittiham olunur.
Biznes
28 İyun , 2022 16:34
Rusiya vətəndaşları Azərbaycana qanunsuz taxta-şalban ixracında ittiham olunur

Rusiyanın İrkutsk vilayətinin 38 və 58 yaşlı iki kişi sakini qaçaqmalçılıq və dələduzluq hallarına görə ittiham olunur.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onlar 2012-2014-cü illərdə qanunsuz olaraq Çin, Cənubi Koreya, Özbəkistan, Azərbaycan və Yaponiyaya dəyəri 400 milyon rubldan çox olan taxta-şalban göndərib, eləcə də 2011-2014-cü illərdə vergi orqanlarına saxta sənədlər təqdim edərək 61 milyon rubldan çox əlavə dəyər vergisinin (ƏDV) ödənilməsindən yayınıblar. Təqsirləndirilən şəxslər növbəti dəfə 115 milyon rubl ƏDV-ni ödəməkdən yayınmaq istədikdə Federal Vergi Xidməti bunun qarşısını alıb. Vətəndaşların 44 milyon rubldan çox vəsaitinə həbs qoyulub.

Son xəbərlər

Orphus sistemi