Rusiya şərablarının rəqabət qabiliyyəti artırılır

Rusiya şərablarının rəqabət qabiliyyəti artırılır Rusiyada ötən ilin dekabr ayında qəbul edilmiş Üzümçülük və şərabçılıq haqqında qanun bu gündən qüvvəyə minib.
Biznes
26 iyun 2020 06:11
Rusiya şərablarının rəqabət qabiliyyəti artırılır

Rusiyada ötən ilin dekabr ayında qəbul edilmiş "Üzümçülük və şərabçılıq haqqında" qanun bu gündən qüvvəyə minib. 

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, sənəddə üzümçülük və şərabçılıq məhsullarının istehsalı, dövriyyəsi və istehlakının hüquqi və təşkilati əsasları, yerli şərabın keyfiyyətinin və dolayısı ilə rəqabət qabiliyyətinin artırılması məsələləri öz əksini tapıb. 

Qanun yerli və xarici bazarda Rusiya şərabı adı altında satılan saxta məhsulların həcmini azaltmağa kömək edəcək, Rusiyada üzüm istehsalını dəstəkləyəcək. Sənəddə üzümçülük və şərabçılıq sahəsində qanunvericiliyə əməl olunmasına dövlət nəzarəti qaydası da müəyyən edilib. 

Qanuna əsasən Rusiyada üzümçülük və şərabçılıq ayrıca tənzimlənəcək müstəqil bir sahəyə çevrilir.

Son xəbərlər

Orphus sistemi