Sergey Lavrov: "Rusiya ilə Türkiyə arasında xidməti və xüsusi pasport sahibləri üçün vizasız rejim tətbiq olunacaq"

Sergey Lavrov: "Rusiya ilə Türkiyə arasında xidməti və xüsusi pasport sahibləri üçün vizasız rejim tətbiq olunacaq" Rusiya ilə Türkiyə arasında yaxın vaxtda xidməti və xüsusi pasport sahiblərini vizadan azad etmək məsələsi həll olunacaq.
Biznes
29 mart 2019 09:49
Sergey Lavrov: Rusiya ilə Türkiyə arasında xidməti və xüsusi pasport sahibləri üçün vizasız rejim tətbiq olunacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report

"Rusiya ilə Türkiyə arasında yaxın vaxtda xidməti və xüsusi pasport sahiblərini vizadan azad etmək məsələsi həll olunacaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Antalyada Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun növbəti iclasının yekunlarına dair Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Viza rejiminin daha da liberallaşdırılması məsələsinə də toxunduq. O cümlədən yaxın vaxtlarda xidməti və xüsusi pasport sahibləri, habelə beynəlxalq daşımaları həyata keçirən peşəkar sürücülər üçün vizaları ləğv etmək məsələsini də həll edəcəyik”,- rusiyalı nazir deyib.

Son xəbərlər

Orphus sistemi