"Əlaqələrimiz sabit şəkildə inkişaf edir. Bu barədə heç bir şübhə yoxdur. Dostluq ab-havası var. Bütün istiqamətlərdə irəliləyirik".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Səfir bildirib ki, ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir.
"Rusiya statistikasına əsasən, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur. Müqayisədə üçün onu da deyim ki, keçən il ticarət dövriyyəsi 2 milyard 400 milyon dollar təşkil edib. Bu rəqəm də 2017-ci ilin göstəricisindən 13 faiz çoxdur. Ticarətimiz qeyri-neft sektoru üzərində qurulub. Bura kənd təsərrüfatı, maşınqayırma və s. daxildir", - diplomat vurğulayıb.