​​​​​​​Rusiya Azərbaycana məxsus 19 ton nektarini geri qaytarıb

​​​​​​​Rusiya Azərbaycana məxsus 19 ton nektarini geri qaytarıb "Rosselxoznadzor" Qafqaz Regionlararası İdarəsinin apardığı fitosanitar karantin nəzarəti tədbirləri zamanı "Viaduk" müvəqqəti saxlama anbarından məhsulların idxalına icazə verməyib.
Biznes
137
21 Sentyabr , 2021 12:18
​​​​​​​Rusiya Azərbaycana məxsus 19 ton nektarini geri qaytarıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsinin apardığı fitosanitar karantin nəzarəti tədbirləri zamanı "Viaduk" müvəqqəti saxlama anbarından məhsulların idxalına icazə verməyib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, həmin məhsullar Azərbaycandan gətirilmiş 18,7 ton nektarin və İrandan gətirilmiş 39,3 ton nektarin olub. Meyvələrin geri qaytarılmasında səbəb Ümumrusiya Bitki Karantinası Mərkəzinin (VNIIKR) Dağıstan şöbəsinin nektarinlərdə qəhvəyi rəngli monilious çürüyünün (Monilinia fructicola (Qış) Bal) olması barədə rəyidir.

Yük sahibləri "Bitki karantini haqqında" 206 saylı federal qanunu pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib. Nektarin Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2.-ci - "Tənzimlənən məhsulların idxalı və ixracı qaydalarının pozulması" maddəsi ilə geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi