Azərbaycan Rusiyadan “halal” kosmetika idxalına başlayır

Azərbaycan Rusiyadan “halal” kosmetika idxalına başlayır Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın Qaraçay-Çərkəz bölgəsində fəaliyyət göstərən kosmetika şirkəti Azərbaycandan olan tərəfdaşı ilə gələn il ölkəmizə 500 min ABŞ dolları dəyərində “halal” məhsul tədarük etmək barədə müqavilə imzalayıb.
Biznes
25 Dekabr , 2018 16:51
Azərbaycan Rusiyadan “halal” kosmetika idxalına başlayır

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın Qaraçay-Çərkəz bölgəsində fəaliyyət göstərən kosmetika şirkəti Azərbaycandan olan tərəfdaşı ilə gələn il ölkəmizə 500 min ABŞ dolları dəyərində “halal” məhsul tədarük etmək barədə müqavilə imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Artur Yezaov bildirib.

Onun sözlərinə görə, müqavilə MDB ölkələri ilə həyata keçirilən biznes missiyaları çərçivəsində imzalanıb. Azərbaycanlı iş adamları həmçinin Qaraçay-Çərkəzdən ərzaq məhsullarının, toxuculuq mallarının, tikinti materiallarının idxalına dair razılıq əldə edib.

Son xəbərlər

Orphus sistemi