Rusiya ABŞ vətəndaşlarının ölkədə işləməsinə qadağa qoya bilər

Rusiya ABŞ vətəndaşlarının ölkədə işləməsinə qadağa qoya bilər Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya sahibkarına ABŞ vətəndaşlarını işə qəbul etmək qadağan oluna bilər.
Biznes
13 Aprel , 2018 17:37
Rusiya ABŞ vətəndaşlarının ölkədə işləməsinə qadağa qoya bilər

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya sahibkarına ABŞ vətəndaşlarını işə qəbul etmək qadağan oluna bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın Dövlət Dumasının deputatları çıxış ediblər. 

Onlar buna əsas kimi rəsmi Vaşinqtonun Moskva əleyhinə siyasət yürütməsini göstəriblər. 

Qadağa yüksək ixtisaslı mütəxəssisləri əhatə edə bilər. Duma üzvləri hesab edir ki, bu cür tədbir rusların hüquqlarını və azadlığını, eləcə də Rusiyanın maraqlarını və təhlükəsizliyini qorumaq üçün vacibdir. 

Rusiyanın Federasiya Şurasının büdcə üzrə Komitəsinin sədri Sergey Ryabuxin isə bəyan edir ki, ABŞ-ın antirusiya siyasətinə cavab olaraq "Boeing" korporasiyasında titan satılması dayandırıla bilər: "ABŞ antirusiya siyasəti ilə bağlı qanun qəbul etsə, Rusiya bu ölkəni titanla təmin etməkdən imtina edəcək. Titan isə "Boeing" təyyarələrinin istehsalı üçün olduqca vacibdir". 

Xatırladaq ki, Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Rusiya ABŞ-ın siyasətini həzm etmək niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi