Rövşən Nəcəf: "Bir sıra iri xarici investorlarla müzakirələr aparmışıq"

Rövşən Nəcəf: "Bir sıra iri xarici investorlarla müzakirələr aparmışıq" Rövşən Nəcəf: "Pandemiya dövründə bir sıra iri xarici investorlarla müzakirələr aparmışıq"
Biznes
410
8 Avqust , 2020 12:41
Rövşən Nəcəf: Bir sıra iri xarici investorlarla müzakirələr aparmışıq
Rövşən Nəcəf

“Dövlətin əsas məqsədi özəl sektorun inkişafını dəstəkləmək, qeyri-neft sektorunda iqtisadi fəallığı dəstəkləmək, multiplikativ effekti olan layihələri və tədbirləri maliyyələşdirməkdir”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, eyni zamanda bir sıra layihələrin icrasında, o cümlədən infrastruktur layihələrinin icrasında dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən daha geniş şəkildə istifadə edilməsi, xarici investorların Azərbaycana vəsait yatırması ilə bağlı ünvanlı tədbirlər görülməsi qarşıya məqsəd kimi qoyulub. 

“Bilirsiniz ki, Azərbaycandakı biznes mühiti dünyadakı ən yaxşı biznes mühitlərindən biridir. Buna baxmayaraq mütəmadi olaraq biznes mühitinin təkmilləşdirilməsi istiqamətində işlər aparırıq. İnvestisiyaların dəqiq məbləği ilə bağlı indiki dövrdə proqnoz vermək mümkün deyil. Bütün bunlar həm dünyada, həm də Azərbaycanda karantin tədbirlərinin yumşaldılması ilə bağlı tədbirlərdən asılı olacaq. Lakin bildirmək istərdim ki, biz hətta pandemiya dövründə belə bir sıra iri xarici investorlarla müzakirələr aparmışıq. Azərbaycana investisiya yatırmaq niyyətində, marağında olan böyük xarici şirkətlər, korporasiyalar var. Təbii ki, müəyyən gediş-gəlişlə bağlı problemlərə görə layihələrin icrası müəyyən qədər ləngiyir, amma birmənalı qeyd edim ki, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektorun rolunu əsas görürük. İnvestisiyaların, xarici investorların iqtisadiyyata cəlb edilməsinə çalışacağıq və ilkin danışıqlar gedir. Böyük maraqlar göstərilir”, - deyə o, qeyd edib. 

Orphus sistemi