Rövşən Nəcəf: "Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır"

Rövşən Nəcəf: "Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır" Rövşən Nəcəf: "Yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməs ilə bağlı müzakirələr aparılır"
Biznes
1414
8 Avqust , 2020 11:22
Rövşən Nəcəf: Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır

"Bildiyiniz kimi, hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır: “Biz sahibkar, dövlət, vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik. Yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır. Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”.

Son xəbərlər

Orphus sistemi