Rövşən Nəcəf: "AzerGold"un funksionallığını daha da artırmaq istiqamətində iş aparılır"

Rövşən Nəcəf: "AzerGold"un funksionallığını daha da artırmaq istiqamətində iş aparılır" AzerGold”un Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib
Biznes
24 Aprel , 2021 11:30
Rövşən Nəcəf: AzerGoldun funksionallığını daha da artırmaq istiqamətində iş aparılır
Rövşən Nəcəf

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Məlumata görə, iclasda Müşahidə Şurasının üzvləri, "AzerGold"un İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri Rövşən Nəcəf qeyd edib ki, Müşahidə Şurası hazırda "AzerGold"un funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir.

Müşahidə Şurası tərəfindən "AzerGold"un fəaliyyətinin qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulması istiqamətində qərarlar qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə atılacaq növbəti addımlarla bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib.

İclas iştirakçıları QSC-nin fəaliyyəti ilə bağlı aktual məsələlər, o cümlədən "AzerGold"un fəaliyyət sahələrinə aid siyasətlərin qəbul edilməsi ilə bağlı ətraflı müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi