Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda "Rolls-Royce" markalı avtomobillərin satışı artıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Rolls-Royce Motor Cars" şirkətinin 2014-cü il hesabatında bildirilir.
Çərşənbə axşamı açıqlanan hesabata əsasən, şirkət üçün əsas bazar ABŞ olaraq qalmaqdadır. Şirkətin doğma ölkəsi Böyük Britaniya 4-cü yerdədir.
2014-cü ildə Şimali Amerikada satış 30%, Yaxın Şərqdə 20%, Avropada isə 40% artıb. Satış üzrə artım bütün dünyada, o cümlədən "Rolls-Royce"nin satış məntəqələrinin yeni açıldığı Azərbaycan, Qazaxıstan və Vyetnamda qeydə alınıb.
Hazırda bütün dünyada şirkətin 127 satış məntəqəsi fəaliyyət göstərir, 2015-ci ildə yenilərinin açılacağı gözlənilir.
Qeyd edək ki, "Rolls-Royce Motor Cars" şirkəti Azərbaycanda ilk “Rolls-Royce Motor Cars Baku” salonu 2014-cü ilin oktyabrında istifadəyə verilib.