RİM baş direktoru: “Azərbaycan bazarı rusiyalı ixracatçılar üçün maraqlıdır”

RİM baş direktoru: “Azərbaycan bazarı rusiyalı ixracatçılar üçün maraqlıdır” "Biz sadəcə yüklərin birbaşa çatdırılmasından deyil, investisiya əməkdaşlığının inkişafından, infrastruktur layihələrindən danışmağa hazırıq”
Biznes
15 Mart , 2021 10:47
RİM baş direktoru: “Azərbaycan bazarı rusiyalı ixracatçılar üçün maraqlıdır”

“2020-ci ildə sahib olduğumuz potensialdan qətiyyən istifadə edilmədi. Azərbaycan bazarını rusiyalı ixracatçılar üçün çox maraqlı və perspektivli hesab edirik”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina deyib.

O, ciddi maliyyə dəstəyi alətlərinin, o cümlədən infrastruktur layihələrinin inşası zamanı müxtəlif güzəştli maliyyələşdirmə şərtlərinin mövcudluğundan danışıb.

V.Nikişina həmçinin gələcək iqtisadi əməkdaşlıq planlarının artıq düşünüldüyünü də qeyd edib: “Bu il Rusiya-Azərbaycan layihələrini həyata keçirmək üçün böyük planlarımız var. Yanvar ayında gələcək planları müzakirə etmək üçün böyük nümayəndə heyəti Bakıda olub. Ötən illə müqayisədə iş adamlarımız üçün əhəmiyyətli faydalarla fərqlənəcək ciddi nəticələrə ümid edirik. Biz sadəcə yüklərin birbaşa çatdırılmasından deyil, investisiya əməkdaşlığının inkişafından, infrastruktur layihələrindən danışmağa hazırıq”.

Son xəbərlər

Orphus sistemi