İranın milli valyutası niyə ucuzlaşır və nə vəd edir?

İranın milli valyutası niyə ucuzlaşır və nə vəd edir? İranın milli valyutası&- tümənin&xarici valyutalar, o cümlədən ABŞ dolları və avro qarşısında dəyərdən düşməsi koronavirus pandemiyası nəticəsində bu ölkənin valyuta bazarında balansın pozulması ilə əlaqədardır.&
Biznes
746
13 İyul , 2020 18:40
İranın milli valyutası niyə ucuzlaşır və nə vəd edir?

"İranın milli valyutası - tümənin xarici valyutalar, o cümlədən ABŞ dolları və avro qarşısında dəyərdən düşməsi koronavirus pandemiyası nəticəsində bu ölkənin valyuta bazarında balansın pozulması ilə əlaqədardır". 

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. 

Onun sözlərinə görə, həm pandemiyaya görə, həm də onun təsiri ilə dünya bazarında neftin ucuzlaşmasına görə qonşu ölkə ciddi iqtisadi problemlər yaşayır. 

Ekspert tümənin ucuzlaşmasının Azərbaycana mümkün iqtisadi təsirlərinə də aydınlıq gətirib. Onun fikrincə, bu, ilk növbədə, İranın Azərbaycanla xarici ticarət münasibətlərində disbalans yaradacaq: "Azərbaycan bazarında İran məhsullarının həcmi artacaq. Bildiyiniz kimi, pandemiyaya görə vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu isə milli valyutanın dəyərsizləşməsinin qarşısını alır. Amma valyuta bazarında manata təzyiq artır. Daxili bazardan İranın valyuta bazarına hər hansı formada xarici valyuta axını mümkündür və bu kimi halların qarşısının alınması məqsədi ilə bir sıra rəsmi mexanizimlər işlənib hazırlansa da, bəzən özünü doğrultmur. 

İkinci bir məsələ İranın özündə istehsal olunan məhsulların və xidmətlərin dəyərinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, bu halda rəqabətlilik artır, digər ölkələrdə yaşı Azərbaycanda da İran mənşəli məhsulların və xidmətlərin satışı üçün daha əlverişli mühit yaranır. Bu isə, öz növbəsində, Azərbaycanda alternativ istehsal olan həmin məhsulların rəqabətliliyini aşağı salır. Pandemiya dövründə, alıcılıq qabiliyyətinin aşağı düşdüyü vaxtda ucuz məhsullara tələbin artması nəzərə alsaq, Azərbaycan istehsalı olan məhsulların bazarda sıxışdırılmasına şərait yaranır. İranla ticarət dövriyyəmiz artır, amma bu, İrandan idxalın hesabına baş verir. Azərbaycandan İrana ixrac isə azalır, çünki bizim mallarımız orda baha təklif olunur".