“Renault” şirkətinə yeni prezident təyin edilib

“Renault” şirkətinə yeni prezident təyin edilib Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın məşhur avtomobil istehsalçısı - “Renault” şirkətinin Direktorlar Şurası şirkətə rəhbərliyi Jan Dominik Senara həvalə etmək barədə qərar qəbul edib.
Biznes
24 yanvar 2019 13:48
“Renault” şirkətinə yeni prezident təyin edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın məşhur avtomobil istehsalçısı - “Renault” şirkətinin Direktorlar Şurası şirkətə rəhbərliyi Jan Dominik Senara həvalə etmək barədə qərar qəbul edib. 

“Report” TASS-a istinadən xəbər verir ki, yeni prezident bundan əvvəl təkər istehsalı ilə məşğul olan “Michelin” şirkətinin rəhbəri olub.

Bundan başqa, Direktorlar Şurası indiyə qədər şirkətin vitse-prezidenti (həm də baş direktoru) olan Tyerri Bollorenin vəzifəsində saxlanılmasına qərar verib. 

Qeyd edək ki, bundan əvvəl “Renault” şirkətinin prezidenti  (həm də “Renault” – “Nissan” – “Mitsubishi” alyansının rəhbəri) olmuş Karlos Qohn istefa verib. O, ötən il noyabr ayının 19-da maliyyə qanunlarını pozmaqda şübhəli bilinərək Tokio həbsxanasına salınmışdı.

Son xəbərlər

Orphus sistemi