“Renault” “Daimler”dəki payını milyard avrodan baha qiymətə satıb

“Renault” “Daimler”dəki payını milyard avrodan baha qiymətə satıb Fransanın avtomobil istehsalçısı “Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki 1,54%-lik payını təxminən 1,143 milyard avroya satıb
Biznes
12 Mart , 2021 14:24
“Renault” “Daimler”dəki payını milyard avrodan baha qiymətə satıb

Fransanın avtomobil istehsalçısı “Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki 1,54%-lik payını təxminən 1,143 milyard avroya satıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə Fransa şirkətinin açıqlamasında deyilir.

Qeyd olunub ki, 16 448 378 səhm ədədi 69,5 avrodan satılıb.

“Renault” ilə “Daimler” arasındakı sənaye tərəfdaşlığı dəyişməz olaraq qalır və bu maliyyə razılaşması ona təsir etməyəcək”, - şirkətdən bildiriblər.

Satışdan əldə edilən gəlir “Renault”ya avtomobil sənayesindəki fəaliyyətində borc vəsaitlərinin azaldılmasını sürətləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi