“Rebuild Karabakh” sərgisində 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur

“Rebuild Karabakh” sərgisində 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur “Rebuild Karabakh” sərgisində İqtisadiyyat Nazirliyi yanında KOBİA-nın təşkilatçılığı ilə yaradılmış stenddə tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrdə fəaliyyət göstərən 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş
Biznes
19 oktyabr 2022 13:06
“Rebuild Karabakh” sərgisində 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur

“Rebuild Karabakh” sərgisində İqtisadiyyat Nazirliyi yanında KOBİA-nın təşkilatçılığı ilə yaradılmış stenddə tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrdə fəaliyyət göstərən 12 KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur.

“Report” xəbər verir ki, KOBİA-nın təşkilatçılığı ilə "Rebuild Karabakh" sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib. Həmçinin, KOBİA-nın stendində iş adamlarının ikitərəfli görüşləri üçün şərait yaradılıb.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgiləri öz işinə başlayıb.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-lar tərəfindən istehsal edilən məhsul və xidmətlərin tanıdılmasında, satış imkanlarının genişləndirilməsində, yeni işgüzar əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında önəmini qeyd edib, KOBİA-nın belə sərgiləri daima dəstəklədiyini diqqətə çatdırıb.

Dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Müzakirələrdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və “PMD Group” MMC-nin baş icraçı direktoru Dəyanət Sadullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Məlumata görə, sərgilər oktyabrın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi