Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti: "Nəzərimizi Cənubi Qafqaza yönəltmişik"

Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti: "Nəzərimizi Cənubi Qafqaza yönəltmişik" Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin kəşf olunmamış böyük potensialı mövcuddur.
Biznes
4 iyul 2018 10:50
Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti: Nəzərimizi Cənubi Qafqaza yönəltmişik
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ "Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin kəşf olunmamış böyük potensialı mövcuddur".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun Yaxın Şərq ölkələri ilə sıx əlaqələri var, hazırda isə nəzərini Cənubi Qafqaza yönəldib. 

CPEC (China - Pakistan Economic Coridor) nəqliyyat dəhlizindən danışan Z.L.Xan qeyd edib ki, İrandan keçən bu dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün çox faydalı ola bilər. 

Son xəbərlər

Orphus sistemi