"RAHAT" supermarketlər şəbəkəsinin fəaliyyətə başlamasından 15 il keçir.
"Report" xəbər verir ki, şəbəkəyə aid ilk market 2009-cu ildə Bakı-Sumqayıt şosesində açılıb və cəmi 20 əməkdaşla pərakəndə satış fəaliyyətinə başlayıb.
Bu illər ərzində aparılmış uğurlu investisiya siyasəti nəticəsində "RAHAT" Azərbaycanın ən böyük supermarketlər şəbəkələrindən birinə çevrilib. Hazırda şəbəkə Bakıda və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 100-dən çox filialı və 4000-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
"RAHAT market" hər zaman yenilikçi olmağa çalışıb, ölkəmizdə ilk dəfə "Port Bazar" adlı premium market anlayışını, "Rahat Gourmet Market" ilə yüksək keyfiyyətli qida məhsullarını təqdim edib, özünəxidmət kassalarını və müştəri loyallığı mobil tətbiqini istifadəyə verərək xidmət keyfiyyətini artırıb.
"RAHAT" ailəsi bu əlamətdar günü xüsusi qeyd edib.