Qubada Azərbaycan-İndoneziya III biznes forumu başlayıb - FOTO

Qubada Azərbaycan-İndoneziya III biznes forumu başlayıb - FOTO İki ölkə arasında turizm sahəsində əməkdaşlıq inkişaf etdiriləcək
Biznes
3 May , 2017 11:45
Qubada  Azərbaycan-İndoneziya III biznes forumu başlayıb - FOTO
Report.az

Bakı. 3 may. REPORT.AZ/ Quba rayonunda Azərbaycan-İndoneziya iş adamlarının iqtisadi əməkdaşlıq III biznes forumu başlayıb. 

“Report”un Şimal bürosu xəbər verir ki, toplantıda İndoneziyanın Azərbaycandakı səfiri, səfirlik əməkdaşları və Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən sahibkarlar iştirak edir. 

Toplantını giriş sözü ilə açan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie təmsil etdiyi ölkə haqqında forum iştirakçılarına ətraflı məlumat verib. 

Toplantıda İndoneziyanın geniş turizm potensialından bəhs olunub. Müzakirələr zamanı səslənən əsas təkliflərdən biri iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsidir. Hazırda bu istiqamətdə müzakirələr davam edir.

Forum günün ikinci yarısına kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi