Qoşqar Təhməzli: "Hüquqi baza yaradılandan sonra Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq"

Qoşqar Təhməzli: "Hüquqi baza yaradılandan sonra Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq" Bakı. 31 yanvar. REPORT.AZ/ Müvafiq qanunvericilik bazası tam formalaşandan sonra hüquqi baza yaradılacaq və Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq.
Biznes
31 Yanvar , 2018 11:43
Qoşqar Təhməzli: Hüquqi baza yaradılandan sonra Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli / Report

Bakı. 31 yanvar. REPORT.AZ/ "Müvafiq qanunvericilik bazası tam formalaşandan sonra hüquqi baza yaradılacaq və Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq."

"Report" xəbər verir ki, bunu qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla Bakıda keçirilən görüşdə agentliyin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzlinin sözlərinə görə, hazırda agentliyin maddi-texniki bazası formalaşdırılır: "Qida təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmadığı üçün baytarlıq, sanitariya və başqa bu tipli qanunlara uyğunlaşdırmalar aparılacaq. Bir neçə aya hüquqi baza yaranandan sonra agentlik tam işə başlayacaq. Agenlik dələduzluq edən qurumlarla sahibkarlar arasında sərhəd çəkəcək".

Q.Təhməzli deyib ki, qurumun əsas iş prinsipləri agentlik və Avropa İttifaqının ekspertləri tərəfindən işlənib hazırlanır.

Son xəbərlər

Orphus sistemi