Qlobal iqtisadiyyatın bərpasına təsir edən problemlər açıqlanıb

Qlobal iqtisadiyyatın bərpasına təsir edən problemlər açıqlanıb Yüksək inflyasiya, ölkələr üzrə borc yığılması və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatın bərpasına mənfi təsir göstərir.
Biznes
15 Oktyabr , 2023 13:50
Qlobal iqtisadiyyatın bərpasına təsir edən problemlər açıqlanıb

Yüksək inflyasiya, ölkələr üzrə borc yığılması və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatın bərpasına mənfi təsir göstərir.

“Report” xəbər verir ki, bu barədə “İyirmilik qrupu” nazirlərinin Mərakeşdə keçirilən görüşündə qəbul edilən kommünikedə deyilir.

“G20” nazirləri qeyd ediblər ki, mövcud iqtisadi vəziyyəti sabitləşdirmək üçün qiymət sabitliyinin təmin edilməsi və fiskal intizamın artırılması zəruridir.

Belə ki, uzunmüddətli inkişafı təmin etmək üçün struktur islahatlarının həyata keçirilməsi vacibdir.

Vurğulanıb ki, nazirlər qlobal maliyyə təhlükəsizliyi şəbəkəsi üçün risklərə, beynəlxalq maliyyə arxitekturasında islahatlara və qlobal iqtisadiyyatın parçalanmasının nəticələrinin müzakirəsinə böyük diqqət yetirilib.

Mərakeşdə keçirilən görüş BVF və Dünya Bankının rəhbər orqanlarının illik iclası çərçivəsində baş tutub və 2022-ci ilin fevralından bəri ilk dəfə olaraq birgə sənəd - kommünikenin qəbulu ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi