Qlobal Hult Prize Müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilib - FOTO

Qlobal Hult Prize Müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilib - FOTO Bakı. 9 dekabr. REPORT.AZ/ Hult Prize Bakı Dövlət Universiteti Kampus finalı 2017-ci il dekabr ayının 9-u AMEA YTP (Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı) biznes inkubasiya mərkəzində Ernst Youngın baş sponsorluğu ilə baş tutdu. 
Biznes
4146
9 Dekabr , 2017 12:18
Qlobal Hult Prize Müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilib - FOTO
Elshan Baba/Report

Bakı. 9 dekabr. REPORT.AZ/ Hult Prize Bakı Dövlət Universiteti Kampus finalı 2017-ci il dekabr ayının 9-u AMEA YTP (Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı) biznes inkubasiya mərkəzində "Ernst & Young"ın baş sponsorluğu ilə baş tutdu. 

"Report" xəbər verir ki, Prezident Bill Klinton və "Time" jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınan Hult Prize müsabiqəsinə Azərbaycanda olan bütün universitetlər arasında ilk dəfə Bakı Dövlət Universiteti ev sahibliyi edir.

Kampus direktoru Fəridə Əsgərzadə tədbirin təşkilat komitəsinə həmin universitetin tələbələrini cəlb etmişdir. 2018 Hult Prize müsabiqəsi Birləşmiş Millətlər Təşkilatı-nın 7, 8 və 9-uncu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan enerji gücündən faydalanmağı gücləndirməyə yönəlmişdir. Bakı Dövlət Universitetində Hult Prize hakimləri Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin direktoru İmran Bağırov, Azərbaycan Diplomatik Akademiyası Universitetinin Fizika üzrə köməkçi professoru Gülməmməd Məmmədov, AREA (Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi) sədr müavini Nurəli Yusifbəyli idilər. Tədbirin məsləhətçiləri ADA Universitetinin Innovasiya mərkəzinin direktoru Rəşad Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi İnformasiya şöbəsinin baş məsləhətçisi Nəzrin Bağırova, AMEA YTP biznes inkubasiya mərkəzinin direktoru Vüsal Süleymanlı, Bakı Dövlət Universiteti müəlliməsi Günay Əkbərovadır. Komandalar aşağıdakı mentorlar vasitəsilə ideyalarını inkişaf etdirmişdir: Nilufər Muradova – Bakı Dövlət Universitetinin Iqtisadiyyat üzrə müəlliməsi, Orxan Kərimzadə - ADNSU (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakultəsinin dekan müavini, Günay Muxtarova – Bakı Dövlət Universiteti Dayanıqlı inkişaf üzrə müəllimi, Cəsur Hüseynov – Social Innovation Lab dirketoru və Leyla Tağızadə - Climate LaunchPad-ın milli təlimçisi. 

Açılış mərasimində alternativ enerjinin önəmini vurğulayan Günel Fərəcova – "Ernst & Young" qlobal şirkətin Gürcüstan və Azərbaycan üzrə təmiz texnologiya və dayanıqlılıq üzrə praktika lideri, Mary Matthews – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı nümayindəsi, GEF Kür II layihəsi baş texniki məsləhətçi və region üzrə layihə koordinatoru və Iradə Süleymanova – BDU SABAH qruplarının dekanı çıxış etdilər. 

Bakı Dövlət Universiteti bakalavr tələbələrindən ibarət 18 komanda qarşıya qoyulmuş qlobal sosial məsələyə əlverişli bir həll tapmaqda özlərini sınamaq üçün bir araya gədilər. Final mərhələsində komanda arasında 18 iştirakçıdan 3-ü mükafata layiq görüldü. Birinci yerin sahibi “Synergy” komandası regional finalda birbaşa iştirak hüququ əldə edib. Qalib komanda avtomatik olaraq 8-ci Hult Prize Regional Finala vəsiqə qazanıb, daha sonra 7 həftəlik layihə inkişafı proqramının parçası olmaq şansı əldə edəcək və 2018-cil il sentyabr ayında ABŞ-ın Nyu York şəhərinin ev sahibliyi edəcəyi Qlobal Finalda iştirak şansı əldə edəcəklər – qalib komanda üçün mükafat 1 milyon ABŞ dollarıdır! Hult Prize Fondunun təsisçisi və icraçı direktoru Əhməd Aşkar öz çıxışında qeyd etmişdir ki, 2009-cu ildə qurulduğu gündən bəri Hult Prize mükafatı dünyanın ən çətin məsələlərini həll etmək üçün möhtəşəm fikirlərlə yarışan dünyanın dörd bir yanından diqqət çəkici istedadlar aşkar etmişdir.

Qeyd edək ki, Hult Mükafatı Fondu ən vacib global problemləri həll etmək üçün dünyanın dörd bir yanından ən parlaq universitet və kollec tələbələrini bir araya gətirən sosial sahibkarlıq üçün başlanğıc sürətləndiri amildir. İllik təşəbbüs 2009-cu ildən bəri Hult ailəsi tərəfindən maliyyələşən dünyanın ən böyük tələbə yarışması və sosial rifah üçün kütləvi platformadır.

Son xəbərlər

Orphus sistemi