Qiymətli metallar və onların ərintilərinin analiz metodlarına dair dövlət standartı qəbul edilib

Qiymətli metallar və onların ərintilərinin analiz metodlarına dair dövlət standartı qəbul edilib Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.
Biznes
22 İyul , 2022 09:34
Qiymətli metallar və onların ərintilərinin analiz metodlarına dair dövlət standartı qəbul edilib

Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, standartı Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standart təmizlənmiş metallar daxil olmaqla, qiymətli metalların (qızıl, gümüş, platin, palladium, rodium, iridium, rutenium və osmium) və qiymətli metallar əsaslı ərintilərin analiz üsullarına dair ümumi, həmçinin təhlükəsizlik tələblərini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi