Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin tərkibi müəyyənləşdirilib

Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin tərkibi müəyyənləşdirilib Qiymətləndiricilər Palatasında Rəyasət Heyəti formalaşdırılacaq və bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsində onun tərkibi və səlahiyyətləri müəyyənləşdirilib.
Biznes
25 Sentyabr , 2023 12:13
Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin tərkibi müəyyənləşdirilib

Qiymətləndiricilər Palatasında Rəyasət Heyəti formalaşdırılacaq və bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsində onun tərkibi və səlahiyyətləri müəyyənləşdirilib.

"Report” xəbər verir ki, bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.

Rəyasət Heyəti sədr və onun müavinləri daxil olmaqla 9 üzvdən ibarət olacaq. Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 il müddətinə seçilirlər. Heç kəs iki dəfədən artıq Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri seçilə bilməz.

Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

- Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağının iclaslarının təşkili;

- Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsinin formasının təsdiqi;

-bu Qanunun 22-ci maddəsinə uyğun olaraq qiymətləndiricilərə intizam tənbehinin tətbiqi;

- qiymətləndiricilərin peşə məsuliyyətinin sığortalanmasına nəzarətin həyata keçirilməsi;

- Qiymətləndiricilər Palatası üzvlüyünə qəbul edilmə və bu Qanunun 24.1-ci maddəsi ilə müəyyən edilən hallarda xitam verilmə barədə qərar qəbul edilməsi;

- qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə dair metodiki tövsiyələrin hazırlanması.

Hazırda qüvvədə olan qanunda Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin yaradılması nəzərdə tutulmamışdı.

Son xəbərlər

Orphus sistemi