Bakı. 30 iyul. REPORT.AZ/ Qırğız Respublikası 2018-ci ilin yanvar-may aylarında Azərbaycana 709 min dollar məbləğində mal ixrac edib.
"Report" "Tazabek"ə istinadən xəbər verir ki, bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında 8-ci yerdə qərarlaşıb.
Ümumilikdə isə Qırğız Respublikası göstərilən dövr ərzində MDB ölkələrinə 681 milyon dollar məbləğində mal ixrac edib. Ən çox mal Rusiya, Qazaxıstan və Özbəkistana göndərilib.