Qida və kosmetika nəhəngində 90 illik ortaqlığa son qoyuldu

Qida və kosmetika nəhəngində 90 illik ortaqlığa son qoyuldu 1930-cu ildə Böyük Britaniyanın “Lever Brothers” və Niderlandın “Dutch Margarine Unie” şirkətlərinin birləşməsi ilə yaradılmış qida və kosmetika nəhəngi “Unilever” şirkəti tamamilə ingilislərin nəzarətinə keçib.
Biznes
472
30 Noyabr , 2020 11:18
Qida və kosmetika nəhəngində 90 illik ortaqlığa son qoyuldu

1930-cu ildə Böyük Britaniyanın “Lever Brothers” və Niderlandın “Dutch Margarine Unie” şirkətlərinin birləşməsi ilə yaradılmış qida və kosmetika nəhəngi “Unilever” şirkəti tamamilə ingilislərin nəzarətinə keçib.

"Report" xəbər verir ki, bununla əlaqədar şirkətin baş ofisi Niderlandın Rotterdam şəhərindən İngiltərənin paytaxtı Londona köçüb.

90 illik ortaqlığa son qoyulmasına səbəb Niderland hökumətinin yenidən böyük şirkətlərdən dividend vergisi tutulmasına qərar verməsidir. "Unilever"in səhmdarları öz aralarında razılaşdıqdan sonra İngiltərə Ali Məhkəməsi də bu barədə qərar qəbul edib.

Bununla belə, şirkət bundan sonra da İngiltərə və Hollandiyaya eyni nisbətdə investisiya qoyacaq, onun Niderlandakı 2,5 min əməkdaşı işində qalacaq.

Son xəbərlər

Orphus sistemi