Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 4-də qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.
Biznes
2 Aprel , 2019 18:27
Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 4-də qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından isifadə olunmaqla təşkil olunacaq onlayn təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.

Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/qida-thluksizliyi-il-bagli-onlayn-tlim-kecirilck

Son xəbərlər

Orphus sistemi