Qida Təhlükəsizliyi Agentliyi gələn həftədən ixracatçılarla görüşlərə başlayacaq

Qida Təhlükəsizliyi Agentliyi gələn həftədən ixracatçılarla görüşlərə başlayacaq Bakı. 11 may. REPORT.AZ/ Gələn həftədən ölkədə fəaliyyət göstərən ixracatçı sahibkarlarla görüşlərə başlanılacaq.
Biznes
11 May , 2018 15:45
Qida Təhlükəsizliyi Agentliyi gələn həftədən ixracatçılarla görüşlərə başlayacaq
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "Gələn həftədən ölkədə fəaliyyət göstərən ixracatçı sahibkarlarla görüşlərə başlanılacaq".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Agentliyin vasitəsilə idxal prosesindəki risklərin aşağı salınması və əhalinin  sağlamlığına təsir göstərəcək qida məhsulları ilə bağlı problemlərin aradan qaldırılması vacib şərtdir.

Agentlik sədri bildirib ki, ölkədə fəaliyyət göstərən şirkətlərin ixracatını lazımi səviyyədə həyata keçirməsi üçün onlara yardım göstərilməlidir: "Biz daim sahibkarların yanında olmalıyıq". 

Son xəbərlər

Orphus sistemi