Qətər Azərbaycanda investisiya mühitini öyrənməkdə maraqlıdır

Qətər Azərbaycanda investisiya mühitini öyrənməkdə maraqlıdır Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayevin sədirliyi ilə kənd təsərrüfatı, sənaye sahələrini əhatə edən 25 şirkətdən ibarət Azərbaycan nümayəndə heyəti Qətərdə səfərdə olub.
Biznes
16 Aprel , 2019 19:00
Qətər Azərbaycanda investisiya mühitini öyrənməkdə maraqlıdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayevin sədirliyi ilə kənd təsərrüfatı, sənaye sahələrini əhatə edən 25 şirkətdən ibarət Azərbaycan nümayəndə heyəti Qətərdə səfərdə olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Qətər Palatasının rəsmiləri ilə görüşüb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak edib.

Qətər Palatasının sədr müavini Məhəmməd ibn Tovar-al Kuvarı bildirib ki, hər iki ölkə arasında yüksək səviyyəli əlaqələr mövcuddur: “Bütün sahələr üzrə əlaqələr sürətli şəkildə inkişaf edir. Hər iki ölkə bütün sahələrdə əlaqələrin inkişafı üçün vacib addımlar atıb”.

Qətər rəsmisi görüş zamanı biznesmenləri hər iki ölkənin iş adamlarını mövcüd əlaqələrdən faydalanmaqla biznes və özəl sektor sahələrində ortaqlığı artırmaq üçün çağırış edib: “Qətər və Azərbaycanda müxtəlif sahələrdə geniş biznes və investisiya imkanları var. Belə ki, hər iki ölkənin şirkətləri infrastrukturun inkişafı və 2022-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi üçün həyata keçirilən layihələrdə əməkdaşlıq etməyə dəvət olunur”.

Y.Abdullayev deyib ki, iki ölkəni güclü əlaqələr bağlayır: “Bu isə, öz növbəsində, biznesmenlərə və sərmayədarlara birgə müəssisələrinin yaradılmasında yeni imkanlar yaradacaq”.

O vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti Qətərin investisiya mühitini, həmçinin xarici investorlara təklif olunan stimul və imkanları öyrənməkdə maraqlıdır: “AZPROMO-nun üzvlərinin Qətərdə müxtəlif investisiyaları mövcüddur. Digərləri isə öz məhsullarını Qətər bazarlarına ixrac edirlər”.

R.İsmayılov Qətər iş adamlarının Azərbaycandakı investisiya mühitinin, xarici investorlar üçün təklif olunan stimulların araşdırılmasında maraqlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi