Qazaxıstan Rusiyanın duz bazarını ələ keçirir

Qazaxıstan Rusiyanın duz bazarını ələ keçirir Bakı. 22 iyun. REPORT.AZ/ Qazaxıstanın istehsal etdiyi Aral duzu Rusiya bazarında payını 12%-ə çatdırıb.
Biznes
22 İyun , 2018 11:13
Qazaxıstan Rusiyanın duz bazarını ələ keçirir
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Qazaxıstanın istehsal etdiyi "Aral duzu" Rusiya bazarında payını 12%-ə çatdırıb. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bu ilin yanvar-may aylarında Qazaxıstanda 88,9 min ton duz istehsal olunub, bu isə illik müqayisədə 6,7% çoxdur.

2018-ci ilin I rübünün nəticələrinə görə, yerli istehsal ölkənin duza olan tələbatını demək olar ki, ödəyib, üstəlik onun 2/3 hissəsi xarici ixrac olunub. 

Qeyd edək ki, "Araz duzu"nun alıcıları arasında Azərbaycan da var. Qazaxıstandan duz idxalı ötən ildən başlayıb. 

Son xəbərlər

Orphus sistemi